İkinci kliniki ölüm sonuncu olub.
Petropavlovsk-Kamçatkada müstəntiqlər 34 yaşlı Azərbaycan vətəndaşına dair cinayət işi açıblar.
7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı öz yerlisini bıçaqla ölümcül yaralamaqda şübhəli bilinir.
“İstintaqın versiyasına görə, martın 24-də axşam saatlarında 10-cu km-da yerləşən “Slavyanski” restoranı yaxınlığndakı qarajların birində 10 nəfərə yaxın adam toplaşıb. Onlar 48 yaşlı azərbaycanlının “ikinci ad gününü” qeyd edirdilər. O, bir neçə il öncə kliniki ölüm keçirib”, - İstintaq komitəsindən bildiriblər.
İdarə nümayəndəsinin sözlərinə görə, ad günü süfrəsində spirtli içki də olub. Səbəbkar ilə yerlisi arasında mübahisə yaranıb. Münasibətlərin aydınlaşdırılması zamanı qonaq yerlisinin sinəsinə bıçaqla zərbə vurub.
Yaralanan şəxs dostları tərəfindən xəstəxanaya çatdırılıb, amma onu xilas etmək mümkün olmayıb, ikinci kliniki ölüm sonuncu olub.
Şübhəli bilinən azərbaycanlı istintaq müddətinə həbs edilib.








