Rusiyanın Kamçatka bölgəsi yaxınlığında 6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən, təxminən, 211 kilometr məsafədə olub.
Zəlzələnin ocağı 15.4 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi yaranmayıb.








