Videokonfransa şalvarsız çıxan bələdiyyə sədri pis vəziyyətdə qalıb.
7News.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Yeni Zellandiyanın Dunedin şəhərində yaşayan 70 yaşlı David Benson-Pope Zoom proqramı vasitəsi ilə videokonfransa şalvarsız qatıldığına görə biabır olub.
Belə ki, kameranın çəkdiyini unudan Benson Pope alt paltarıyla kitabların tozunu silib. Bu anlar sosial şəbəkələrdə yayılıb, yüzlərlə dəfə paylaşılıb.
Benson məsələ ilə bağlı açıqlamasında bildirib ki, bunu qəsdən etməsə də, həmkarlarının üzünü güldürdüyünə görə halından məmnundur.








