RU
Kameranın açıq olduğunu unudan dekan pərt oldu -
16:30
645

Kameranın açıq olduğunu unudan dekan pərt oldu - "Qızların şəkillərini görürük, üz vurma" - VİDEO

Kameranın açıq olduğunu yaddan çıxaran dekan pis vəziyyətdə qalıb.

7News.Az haberler-ə istinadla bildirir ki, Türkiyənin Qazi universitetinin Fənn Fakültəsinin dekanı onlayn konfrans zamanı pərt olub.

O, konfrans bitdikdən sonra kameranı bağlamağı unudub və nəticədə yanındakı şəxsə "Beləcə, qızların şəkillərini də görürük, üz vurma" deməsi diqqətdən yayınmayıb.

Kameranın açıq qaldığını bilən dekan vəziyyətdən çıxmağa çalışsa da, həmin anın görüntüləri sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub.

Bu olaydan sonra dekan vəzifəsindən istefa verib.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ