RU
Kamran Ağayev Çexiya klubunda
10:28
575

Kamran Ağayev Çexiya klubunda

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav” klubuna keçib.

Bu barədə klubun idman direktoru Duşan Uqrin açıqlama verib.

O bildirib ki, 31 yaşlı qolkiper heyətə cəlb olunan 3 yeni oyunçudan biridir. Uqrin Ağayevin gəlişi ilə komandadakı qapıçıların sayının 3-ə çatdığını bildirib. Digər 2 çərçivə qoruyucuları Yakub Diviş və Ludek Veymoladır.

"Mlada Boleslav” Avropa Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şemrok Rovers” klubunu səfərdə 3:2, evdə 2:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə rəqib Albaniyanın "Skenderbeu” klubu olacaq./report

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ