RU
Kamran Ağayev kubokla vidalaşdı
12:43
567

Kamran Ağayev kubokla vidalaşdı

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta” ötən gecə növbəti oyununa çıxıb.

 

7News.Az xəbər verir ki, Portuqaliya Kubokunun 1/16 final oyununda "Boavişta”nın rəqibi "Vitoriya de Qimaraynş" olub. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada "Vitoriya" futbolçuları 118-ci dəqiqədə vurduqları qolla qələbə qazanıblar - 2:1. Bununla da "Boavişta" ölkə Kuboku uğrunda mübarizəni dayandırıb. 

Qeyd edək ki, Kamran Ağayev meydana start heyətində çıxıb. Emin Mahmudov isə ehtiyatda qalıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ