“Space” televiziyasında maraqlı telelayihə başlayıb.
O.K. (oyun və kino) adlanan layihə əyləncə xarakterlidir. Artıq verilişin 2-ci buraxılışı yayımlanıb. Bazar günü saat 22:00-da yayımlanan verlişdə qonaq futbol üzrə Azərbaycan yığma komandasının qapıçısı Kamran Ağayev olub. O, verilişin aparıcısı Ümid Süleymanovla playstation 4-də futbol oynayıb. Verilişin konsepsiyasına uyğun olaraq, tərəflər hərəsi bir komandanı seçib. Tərəflər arasında gedən qızğın oyunda, Portuqaliya yığması ilə oynayan Kamran Ağayev qalib gəlib. O, Fransa yığması ilə oynayan, proqramın aparıcısı Ümid Süleymanovu 4-2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Telelayihə yeni başlamasına baxmayaraq, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
7News.Az









