RU
Kamran Nəbizadənin baş direktor olduğu ASC-də pozuntu aşkarlandı
09:17
3415

Kamran Nəbizadənin baş direktor olduğu ASC-də pozuntu aşkarlandı

Hesablama Palatası Azərbaycan Sənaye Korporasiyasında maliyyə pozuntuları aşkar edib.

Bu barədə məlumat Hesablama Palatasının illik hesabatında yer alıb.

Sənəddə qeyd olunub ki, Azərbaycan Sənaye Korporasiyası tərəfindən keçirilən 10,1 milyon manat dəyərində 38 satınalma barədə məlumatlar Dövlət Xidmətinə təqdim edilməyib.

Dövlət vəsaitinin istifadəsi üzrə keçirilmiş satınalmalar barədə məlumatların vaxtında təqdim edilməməsi illik hesabatda bu göstəricilərin əks olunmaması ilə nəticələnib.

Qeyd edək ki, ASC-nin baş direktoru sabiq deputat Kamran Nəbizadədir. //pravda

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ