ABŞ prezidenti Donald Trampın gömrük vergilərini artırması səbəbindən Kanadada ticarətçilər ABŞ məhsullarının idxalını dayandırmağa başlayıb.
7news.Az T24-ə istinadən xəbər verir ki, yerli əhali də bu addıma dəstək verərək ABŞ məhsullarını almamağa başlayıblar.
Sakinlər bildirirlər ki, artıq Kanadanın öz istehsalı olan məhsullara üstünlük verirlər. Bəziləri isə ABŞ-a səyahət etməyəcəyini də bildirib.
Qeyd edək ki, Kanadada supermarketlərdə satılan məhsulların 40-60 faizi ABŞ istehsalıdır.
7news.Az







