Kanada İran İnqilabı Keşikçiləri Korpusunu "terror təşkilatları siyahısı”na əlavə etdiyini açıqlayıb və xarici işlər naziri İrandakı vətəndaşlarının ölkəni tərk etmələrini tələb edib.
7NEWS.az xəbər verir ki, Kanada İran İnqilabı Keşikçiləri Korpusunu cinayət qanununa əsasən "terror təşkilatları siyahısı”na daxil etdiyini açıqlayıb. Kanadanın "Qlobal Xəbərlər" internet saytının məlumatına görə, ictimai təhlükəsizlik naziri Dominik LeBlank mətbuata açıqlamasında qərarın "diqqətlə düşünülmüş" sonra qəbul edildiyini bildirib.
7NEWS.az








