RU
Kanada Rusiya Müdafiə Nazirliyini sanksiya siyahısına daxil etdi
22:00
1274

Kanada Rusiya Müdafiə Nazirliyini sanksiya siyahısına daxil etdi

Rusiyanın Müdafiə Nazirliyi Kanadanın Rusiyaya qarşı sanksiya siyahısına daxil edilib.

7News.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Kanada hökumətinin saytında paylaşılıb. 

Xatırladaq ki, Kanadanın Baş naziri Castin Trüdo daha əvvəl 5 rusiyalıya və Rusiyanın 32 hərbi təşkilatına qarşı sanksiya tətbiq edildiyini açıqlamışdı.

Sözügedən şəxslər sırasında oliqarxlar Roman Abramoviç və Alişer Usmanov, Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova da var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ