RU
Kanada Ukraynaya ağır artilleriya göndərəcək
02:30
1475

Kanada Ukraynaya ağır artilleriya göndərəcək

Kanada hakimiyyəti Ukraynaya ağır artilleriya göndərəcək.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.

Trüdonun sözlərinə görə, təfərrüatlar yaxın günlərdə açıqlanacaq.

Martın əvvəlində Trüdo Kanadanın Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcəyini açıqlamışdı. Yardım paketinə, o cümlədən, 4,5 min M-72 tank əleyhinə qumbaraatan və 7,5 minə yaxın əl qumbarası daxildir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ