RU
Kanada Zelenskiyə rədd cavabı verdi
13:30
41

Kanada Zelenskiyə rədd cavabı verdi

Kanada Ukrayna Prezidenti Volodimir Zelenskinin "Zelenskyy" ticarət markasını qeydiyyata almaqdan imtina edib.

Bu barədə məlumatı "RIA Novosti" sənədlərə istinadən yayıb.

Müraciətdə bildirilirdi ki, "Zelenskyy" markası astrologiya, psixologiya, qumar oyunları, dəfn mərasimlərinin keçirilməsi, kimononu necə geyinməklə bağlı xidmətlər göstərməli idi.

Agentliyin məlumatında deyilir ki, sənədlərdə soyad, ad və ata adı Zelenskinin şəxsi məlumatları ilə üst-üstə düşür. Üstəlik, ünvan bölməsində onun ofisinin yerləşdiyi yer göstərilib.

Zelenski göstərilmiş müddətdə lazımi düzəlişləri etmədiyi üçün müraciətə imtina cavabı alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ