RU
Kanadada 12 milyon hektar ərazi yanıb
17:05
32

Kanadada 12 milyon hektar ərazi yanıb


Kanadada meşə yanğınlarında külə çevrilən meşə sahəsinin ölçüsü 12 milyon hektarı keçib. Yanğınlarda həlak olan yanğınsöndürənlərin sayı 3-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, Kanadada davam edən və 'ölkə tarixinin ən böyük yanğını' olaraq qeyd edilən meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəldi. Səlahiyyətlilər Kanadanın Britaniya Kolumbiyası bölgəsində meşə yanğınları ilə mübarizə zamanı bir yanğınsöndürən həyatını itirdiyini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ