Kanadanın Britaniya Kolumbiyası əyalətindəki üç internat məktəbində və xəstəxanada naməlum qəbirlər və itkin düşən uşaqlarla bağlı aparılan araşdırma nəticəsində ən azı 158 uşağın öldüyü məlum olub.
7NEWS.az xəbər verir ki, Kanadada keçmiş kilsə internat məktəblərinin yerləşdiyi bölgələrdə araşdırma aparan "The Indigenous Sto:lo First Nation" adlı icma, üç keçmiş internat məktəbi və bir yerli xəstəxanada apardığı arxiv araşdırması ilə bağlı mətbuata açıqlama verdi. Tədqiqatçılar 158 uşağın xəstəlik, bədbəxt hadisələr və naməlum səbəblərdən dünyasını dəyişdiyini üzə çıxarsa da, qəbiristanlıqların dəqiqləşdirilməmiş ərazilərini müəyyənləşdiriblər. Araşdırmaçılardan Amber Kostuchenk itkin uşaqlarla bağlı məlumat toplamağa davam etdiklərini və müayinə üçün lazım olan 70 min sənədin yalnız yarısının əllərində olduğunu bildirib.
7NEWS.az








