Kanadanın Britaniya Kolumbiyası bölgəsində ağır dəmiryolu qəzası baş verib.
Relsdən çıxan yük qatarının "Canadian Pacific Railway Ltd” şirkətinə məxsus olduğu deyilir. Yerli vaxtla 02:10-da baş vermiş qəza nəticəsində 60-a yaxın taxıl daşıyan vaqon aşıb. Qatarın üç işçisinin öldüyü bildirilir.
TSB qəzanın səbəbini araşdırır.
7News.Az








