7NEWS.az xəbər verir ki, Kanadanın Britaniya Kolumbiyası əyalətində Red Creek və Stoddart Creek yanğınlarına qarşı mübarizə davam edir. British Columbia Wildfire Service-in məlumatına görə, Stoddart Creek alovunun nəzarətdən çıxması nəticəsində indiyədək 18 min hektar ərazi yanaraq külə dönüb. Bəzi yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb. Red Creek yanğınında 2 min 947 hektar ərazi məhv edilib. Fort St. Sent Con şəhərinin 21 min sakininə evlərini tərk etməyə hazır olmaq üçün təxliyə xəbərdarlığı edilib.
7NEWS.az








