RU
Kanadada sərnişin təyyarəsi qəzaya uğradı
11:45
505

Kanadada sərnişin təyyarəsi qəzaya uğradı

Kanadada "West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb.

7news.Az APA-ya istinadən xəbər verir ki, hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ