Kanada Livanda yaşayan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
7NEWS.az xəbər verir ki, Kanadanın Xarici İşlər Naziri Melanie Jolly sosial media platforması X üzərindən İsrailin blokada altındakı Qəzza zolağına hücumlarından sonra bölgədə baş verən hadisələrlə bağlı açıqlama verib. Qəzza, İordan çayının qərb sahili və İsraildə böhran olduğu bir vaxtda bölgədəki təhlükəsizlik vəziyyətinin çox dəyişkən hala düşdüyünü ifadə edən Kanadalı nazir, Livanda yaşayan vətəndaşların "ticarət uçuşları hələ də mövcud olduğu müddətdə ölkəni tərk etməyi düşünmələri lazım olduğunu” qeyd edib.
7NEWS.az








