Kanadanın Ontario ştatının Toronto şəhərində güclü yağışlar daşqınlara səbəb olub, ən böyük magistrallardan birini su basıb.
7NEWS.az xəbər verir ki, Toronto polis rəsmiləri güclü yağış nəticəsində Don Valley Parkway şossesinin bir hissəsinin və Lake Shore Bulvarının su altında qaldığını və bağlandığını açıqlayıb. Yanğından Mühafizə İdarəsi bildirib ki, su basmış magistral yoldan 14 nəfər xilas edilib. Yanğınsöndürmə səlahiyyətlilərindən Jim Jessop, leysan yağışların səbəb olduğu sel səbəbiylə qapalı qalanlar üçün xilasetmə işlərinin davam etdiyini bildirdi.
7NEWS.az








