RU
Kanalizasiyanın tutulması
16:27
1320

Kanalizasiyanın tutulması

Rusiyada bir şəxs qonşularını öldürüb, parçalara ayıraraq tualetin kanalizasiyasına atıb. 

Kanalizasiya tutulunca qorxunc mənzərə ortaya çıxdı.

Rusiyanın St. Peterburq şəhər sakini iki qonşusunu öldürdükdən sonra bədən hissələrini parçalara ayırıb kanalizasiyaya atıb, başlarını isə qazanda qaynadaraq yox etməyə çalışıb.

Ancaq mənzilin kanalizasiya sisteminin bədən parçalarıyla tıxanması dəhşətli cinayətin üstünü açıb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı qatil mübahisə etdiyi 47 yaşlı qonşusu və onun 35 yaşlı arvadını tapançayla vuraraq öldürdükdən sonra cəsədlərini yox etmək üçün parçalara ayırıbmış.

Qatil qurbanlarının kiçik parçalara ayırdığı bədən parçalarını tək-tək kanalizasiyanın içinə ataraq cəsədləri yox etməyə çalışıb. Ancaq planı baş tutmayıb. Belə ki, kanalizasiyalanın tutulduğunu görən digər qonşular mənzil istismar sahəsinin işçilərini çağırıblar.

İşçilərin gəlməsiylə dəhşətli cinayətin üstü açılıb. Polislər 64 yaşlı qocanı dərhal saxlayıblar.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ