7NEWS.az xəbər verir ki, İspaniyanın cənubunda və Mərakeşin qərbində yerləşən Kanar adalarında dünən meşə yanğını baş verib. Tenerife administrasiyası yanğınla mübarizənin davam etdiyini və Santa Ursuladan 2400, La Orotavadan isə 200 mülki şəxsin təxliyə edildiyini açıqlayıb. Tenerife rəhbərliyi yanğınla mübarizə üçün 7 helikopterdən istifadə edildiyini, bunlardan ikisinin İspaniya hökuməti, üçünün isə Kanar adaları hökuməti tərəfindən təmin edildiyini bildirib.
7NEWS.az