Almaniya kansleri Olaf Şolz ölkəsində nüvə enerjisinə qayıtma ilə bağlı müzakirələrlə bağlı Almaniyada artıq nüvə enerjisindən istifadə edilməyəcəyini bildirib.
7NEWS.az xəbər verir ki, nüvə enerjisini dayandırma qərarının illər əvvəl alındığını xatırladan Şolz, "Qanun mərhələli şəkildə ləğv edildi. Əgər yeni atom elektrik stansiyaları qurmaq istəyirsinizsə, 15 il çəkəcək və bunun üçün 15-20 milyard avro xərcləməli olacaqsınız” bildirib. Almaniyada müxalifət partiyaları və koalisiya ortağı Azad Demokrat Partiyası (FDP) bir müddətdir ki, nüvə enerjisindən istifadənin davam etdirilməsinə çağırır.
7NEWS.az








