"Kara sevda" serialından Emir obrazı ilə məşhurlaşan aktyor Kaan Urqancıoğlu imicində dəyişiklik edib.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 37 yaşlı aktyor "Baron 2" filmi üçün Misirə yollanıb. O, saçlarını və saqqalını uzadaraq geyimini dəyişib. Kaanın filmi Özbəkistan-Rusiya-Misirin birgə layihəsidir.
Sosial şəbəkə izləyiciləri Urqancıoğlunun yeni imici ilə bağlı təəccübləndiklərini yazıblar.
7News.Az









