RU
“Karabağ məsələsi” Mövzusunda diskussiya təşkil olundu
16:09
1289

“Karabağ məsələsi” Mövzusunda diskussiya təşkil olundu

Bugün Almaniyada fəaliyyət göstərən Almanya Türk Ocağı təşkilatının təşəbbüsü ilə “Karabağ məsələsi” Mövzusunda diskussiya təşkil olundu. Almanya Türk Ocağının Köln Ehrenfelddə yeləşən ofisində təşkilat edilən müzairəyə Alman Azərbaycan Mədəniyyət Evinin İcraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının Təşəbbüs qrupunun rəhbəri Rəşad Quliyev dəvət olunmuşdu.  Tədbiri giriş sözü ilə açan Burak Murat Görmez son zamanlar Qarabağ bölgəsində yaşanan olayların hər kəs kimi onları da narahat etdiyini, Azərbaycanın torpaqlarının işğalının davam etdiyini bildirərək bu məsələyə biganə qalmağımız mümkün deyildi deyə o qeyd etdi. Ona görə də Almanyada yaşayan və burada doğulub böyüyən olaraq bizləri bu məsələ ciddi narahat edir və düşünürəm ki, biz bu məsələlərə səssiz qalmamalıyıq. Bizim beynimizdə bəzi suallar var idi. Ona görə də sizi dəvət etdik ki , bu məsələlərlə bağlı fikirlərinizi bildirəsiniz.

Rəşad Quliyev ilk növbədə belə bir tədbir üçün təşəbbüs göstərdiklərinə görə Almanya Türk Ocağının rəhbərliyinə öz minnətdarlığını bildirdi. Daha sonra çıxışa ilk olaraq ermənilərin 19-cu əsrin sonlarından etibarən köçürülmə siyasətindən daanışaraq başladı Sitat : bir xəstəliyin müalicəsi üçün ilk növbədə onun yaranma səbələrinə baxılmalı , diaqnoz düzgün qoyulmalıdır ki, bu problem hıll edilsin. Qarabağ məsələsi də bucür məsələdir. Bu məsələyə ədalətli və hüquqi mənada düzgün yanaşılmasa bu problemi həll etmək mümkünsüz olacaq. Daha sonra işğalçılıq, ermənilərin və 366cı alayın Xocalıda törətdikləri qeyri insanı vəhşilikləri anladan Rəşad bəy bugün bizim dünya birliyindən, beynəlxalq təşkilatlardan gözlədiyimiz bir məsələ var. Bu məsələ də odur ki, bu məsələdə beynəlxalq qurumların çıxardığı qərar və qətnamələr icra olunmalıdır. Əgər qarşı tərəf beynəlxalq hüququ saymırsa , bunu hər kəsin gözü önündə tapdalayırsa o zaman adekvat addım atmaq üçün digər yollara əl atmağa məcbur olurq. Azərbaycanın rəhbərliyi, əsgəri və toplumu ədalətlidir və sülhsevərdir. Ancaq biz torpaqlarımızın işğalı ilə barışmayacağıq. Necə ki, bugün gördüyünüz kimi hər kəs zənn edirdi ki, 22 illik atəşkəs rejimindən sonra insanlar öz artıq Qarabağ məsələsinə laqeyid yanaşacaqlar, Qarabağ artıq oranı tanımayan , görməyən gənclər üçün unudulmuş bir məkandır ancaq qərəmanlıqla şəhid olan gənclərimiz, şəhidləri dəfn etməyə çıxan on minlərlə insan sübut etdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz beynəlxalq hüququn bərpa olunmasını istəyirik. Xalqımız, diasporamız,Ali Baş Komandanımzı Cənab İlham Əliyevin, ordumuzun komandanı , nazirimiz Cənab Zakir Həsənovun arxasındadır. Bunu da hər kəs bilməlidir.

Tədbir daha sonra qarşılıqlı müzakirə və sorğu cavabla davam etdirildi.

Daha sonra Rəşad Quliyevə Kıbrıs Mücahitlər Dərnəyinin döş nişanı təqdim olundu.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ