BƏƏ-də keçirilən karate üzrə dünya çempionatında kişi kumite millimiz yarımfinala vəsiqə qazana bilməyib.
Komandamız Serbiyaya 1:3 hesabı ilə uduzub.
Komandamız bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.
13:08
Dubayda keçirilən dünya çempionatında karatenin kumite növü üzrə kişilərdən ibarət millimiz daha bir komanda üzərində qələbə qazanıb.
Yığmamız 1/8 finalda karatenin yaradıcıları Yaponiyaya 3:0 hesabı ilə qalib gəlib.
Komandamız 1/4 finalda Serbiya ilə qarşılaşacaq.
11:52
BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında kişi kumite millimiz daha bir komandaya qalib gəlib.
Rafael Ağayev, Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət millimiz bu gün Hindistana 3:0 hesabı ilə qalib gəlib.
Komandamız növbəti mərhələdə karatenin vətəni sayılan Yaponiya təmsilçiləri ilə qarşılaşacaq.
Qeyd edək ki, komandamız dünən Xorvatiya ilə heç-heçə (2:2) sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
7News.Az








