RU
Karateçi qızlarımız
12:05
2660

Karateçi qızlarımız

Fransada keçirilən karate üzrə Avropa çempionatında 12 qat Avropa və 4 dəfə dünya çempionu Rafael Ağayev növbəti dəfə qitə çempionatının finalına çıxıb. Andorra (5:0), Avstriya (4:0), Macarıstan (1:0) və Fransa (6:0) idmançılarını bir xal belə vermədən məğlub edən R. Ağayev bu gün finalda türkiyəli idmançı Ərman Əltəmurla qarşılşacaq.

Bu barədə  məlumatı yığma komandamızın rəhbəri, Azərbaycan milli karate federasiyasının vitse-prezidenti Rəhman Hətəmov verdi.

“Mayın 7-i milli komandamızın digər üzvləri- Niyazi Əliyev (-67 kq), İrina Zaretska (-68 kq) və Roman Heydərov (kata) bürünc medal qazanmaq üçün tatmidə həlledici görüşə çıxacaqlar” deyən Hətəmov qadın karateçilərimizin tarix yazdığını dedi:

İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyevadan ibarət qadın milli komandamız tarixində ilk dəfə komanda yarışlarında Avropa çempionatının finalına yüksəldi! Bu bizi çox sevindirir və karatemizin necə inkişaf etdiyinin bariz nümunəsidir!   

Final uğrunda həlledici görüşdə qızlarımızın rəqibi güclü Türkiyə idmançıları oldu.  Karateçilərimiz hesabda geri olsala da nəticədə 7-4 hesablı qələbə ilə finala çıxdılar.Bu gün xorvatiya ilə çempionluq uğrunda vuruşacayıq!”/atv.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ