Azərbaycanla ikitərəfli əlaqələrin təhlükəsizlik, iqtisadi böyümə, demokratiya və insan haqları kimi prioritet istiqamətlərinin inkişaf etdirilməsinə sadiqik.
7NEWS.Az-ın xəbərinə görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi
O, bildirib ki, Azərbaycan 11 Sentyabr hadisəsinə erkən reaksiya verərək ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına maliyyə və hərbi qüvvə dəstəyi göstərib:
"Azərbaycan maliyyə və qoşun dəstəyi ilə erkən addım atdı. 2021-ci ildə geri çəkilənədək, son günədək Əfqanıstanda Kabil Beynəlxalq Hava Limanının mühafizəsinə yardım etdi. Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq bizim milli təhlükəsizlik prioritetlərimizdəndir”.
O əlavə edib ki, Azərbaycanla bu sahədə əməkdaşlıq Xəzərin enerji infrastrukturunun təhlükəsizliyini gücləndirir.
"Biz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə artan dəstəyini alqışlayırıq”, - deyə Donfrid qeyd edib.si Karen Donfrid Senatın xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı belə deyib.
7NEWS.Az








