RU
Karlovdan sonra daha bir rus diplomat qətlə yetirildi - Video
09:54
1116

Karlovdan sonra daha bir rus diplomat qətlə yetirildi - Video

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün qətlə yetirilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin daha bir əməkdaşı evində ölü tapılıb.

Bu barədə 7News.Az REN TV-yə istinadən xəbər verir ki, hadisə dünən paytaxt Moskvada baş verib. 

Cəsədi aşkar edilən şəxs Rusiya XİN-in Latın Amerika departamentinin şöbə rəisi Pyotr Polşikovdur. 

Onun yaşadığı evdə başından vurularaq öldürüldüyü bildirilir. 

Cinayətdə istifadə edilən silah mətbəxdə yerləşən əl-üz yuyanın arxasından tapılıb. 

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Məlumatda qeyd olunur ki, Polşikov öldürülən zaman həyat yoldaşı evdə olub.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ