Ankara məhkəməsi Türkiyə kütləvi informasiya vasitələrinə Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı istintaqı işıqlandırmağı qadağan edib.
7news.Az "Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən məhkəmə istintaq başa çatmayana qədər Karlovun qətli ilə bağlı məlumat yerləşdirilməsini qadağan edib.
Qadağa cinayətdə şübhəli bilinən və əli olanlar, həmçinin hücum anını əks etdirən şəkillərə də şamil edilir.
Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.
7news.Az








