RU
Karlovun qətlində yenilik - 1 nəfər həbs edildi
10:50
491

Karlovun qətlində yenilik - 1 nəfər həbs edildi

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı aparılan cinayət işi çərçivəsində 1 nəfər saxlanılıb.

Bu barədə "milliyet” məlumat yayıb.

Məlumata əsasən, istintaq zamanı TRT Avazda yayımlanan və xarici istehsal olan "Eko Avaz” adlı proqramının prodüseri "Guru Median”ın yayım qrupunun rəhbəri H.A. "qəsdən adam öldürmə” maddəsi ilə həbs olunub.

TRT isə açıqlama yayaraq sözügedən şəxsin kanalla birbaşa əlaqəsinin olmadığı və 2014-cü ilin dekabrında proqramın yayımının dayandırıldığını bildirib.

Qeyd edək ki, 2016-cı il dekabrın 19-da Rusiyanı Ankaradakı səfiri Andrey Karlov rəsm sərgisi zamanı polis zabiti Mövlüd Mərt Altıntaş tərəfindən qətlə yetirilmişdi./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ