Rejissor Moskvada dünyasını dəyişib.
Rusiyanın tanınmış multiplikatoru, “Karlson” cizgi filminin müəllifi Yuri Aleksandroviç Butırin vəfat edib.
7News.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, rejissor martın 30-da Moskvada dünyasını dəyişib.
“Şelkunçik”, “Nu poqodi”, “Bremen musiqiçiləri” animasiya filmlərinin bədii rəssamı olan Y.Butırin daha çox “Karlson” cizgi filminin müəllifi kimi populyarlaşıb.
7News.Az








