"Report" erməni mətbuatına istinadən xəbər verir ki, Ancey Kaspşik Xankəndidə separatçı rejim nümayəndələri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinqlərlə bağlı məsələləri müzakirə edib.
Bundan öncə Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.
7news.Az








