RU
Kastrodan qonağa jest - ABŞ liderinin əlini havaya qaldırdı
15:59
1367

Kastrodan qonağa jest - ABŞ liderinin əlini havaya qaldırdı

Kubada səfərdə olan Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Havanada həmkarı Raul Kastro ilə görüşdə maraqlı anlar yaşanıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırandan sonra liderlər əl-ələ tutarkən, Obama adəti üzrə əlini həmkarının çiyninə qoymağa çalışıb. Lakin Kastro Amerika liderinin əlini elə havada saxlayaraq onunla həmrəy görüntüsü yaradıb. Liderlərin belə davranışı müxtəlif cür yozulub.

Məsələn, bır sıra mütəxəssislər hesab edir ki, Kastro Obamanın əlini havaya qaldırmaqla, onun Rusiya ilə nüfuz savaşında qalib olduğunu göstərməyə çalışıb. Bəzi politoloqlar isə düşünür ki, Kastronun hərəkəti görüş əsnasında gələn qeyri-ixtiyari davranışdır. İstənilən halda, liderlər soyuq müharibənin son qalıqlarını dəfn edib, həmrəy olduqlarını nümayiş etdiriblər.

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ