İspaniyanın Kataloniya Muxtar Əyaləti hökumətinin keçmiş üzvləri ifadə vermək üçün Madridə gediblər.
Həmin məhkəmədə Kataloniyanın İspaniyadan ayrılması üçün keçirilən "referendum" və muxtariyyətin müstəqilliyini elan etməsi məsələsi araşdırılır.
Məhkəməyə gedənlərdən biri Kataloniya hökuməti başçısının müavini Oriol Junkerasdır.
Məlumata görə, əyalət hökumətinin başçısı Karles Puçdemon və onun hökumətinin keçmiş 13 üzvünə ifadə vermək üçün məhkəməyə gəlmələri barədə bildiriş göndərilib. Hökumətin keçmiş üzvlərinin çoxu məhkəməyə getmək qərarına gəlib.
Karles Puçdemon isə 4 tərəfdarı ilə birlikdə hazırda Belçikadadır. /oxu
7news.Az








