Bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu barəsində cinayət işinin materialları məhkəməyə göndərilib.
7News.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.
Daha əvvəl verilən məlumata görə, patriarxın qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan qərbpərəst Respublika Partiyasının üzvü və Vaqarşapat icmasının başçısı vəzifəsinə namizəd Arutyun Mkrtçyanın şikayəti əsasında bir aylıq həbs ediliblər. Mkrtçyan Gevork və Ambartsum Nersisyanları "xuliqanlıqda və təşviqat kampaniyasına mane olmaqda" ittiham edib.
İstintaqın iddiasına görə, onlar noyabrında 1-də Voskeat kəndində təşviqat kampaniyası zamanı (Vaqarşapat Ağsaqqallar Şurasına seçkidə) Respublika Partiyasının nümayəndəsinin təşviqat aparmasına mane olub, ünvanına təhqirlər söyləyərək kəndi tərk etməsini tələb ediblər.








