“Kimə sual versən ki, nə üçün “online sifariş” etmirsən? – Cavabında güvənmirəm sözünü eşidərsən”.
Bəli belədir. Hər kəs, “Soğan olsun, nağdı olsun” – deyimi ilə gözlərinə inanaraq alış-veriş edir.
Bəs nə üçün güvən bu qədər azdır?
7News.Az informasiya portalının redaksiyasına daxil olan şikayət də, məhz bununla bağlıdır.
Adının gizli qalmasını istəyən, xanım, “Kaymu.Az – online sifariş” saytından danışıb: “Artıq bezmişəm. Sifariş verirəm, zamanında gəlmir. Bununla yanaşı, gələn sifarişlərin də bir çoxunda problemlər olur. Xüsusiylə də geyimlərdə.
“Online sifariş” dedilər etdim. Seçimimdən sonra 2-5 gün ərzində çatdırılacağı məlumatı yazıldı. Ancaq üzərindən artıq 2 ay keçib. Ancaq səs-səmir yoxdur. Hətda əlaqə üçün qoyulan (012) 492 63 52, (055) 701 99 33, (055) 802 02 92 (whatsapp) nömrələrinin heç biri də zənglərə və mesajlara cavab vermir”.
Qarşı tərəfin də mövqeyini örgənmək üçün, “Kaymu.Az – online sifariş” saytında “əlaqə saxla” hissəsində yazılan hər üç nömrə ilə əlaqə saxlamağa çalışdıq. Ancaq heç bir nəticəsi olmadı. Zənglərimizə ya “nömrə məşğuldur”, ya da “bu nömrəyə zəng çatmır” kimi cavablar gəldir.








