7NEWS.az xəbər verir ki, Kəbənin örtüyü hər il olduğu kimi hicri ilin ilk günü Məhərrəm ayının 1-də Səudiyyə Ərəbistanının Hərəmeyn İşləri Baş İdarəsi tərəfindən dəyişdirilib. Məkkədə Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən hazırlanan Kəbə örtüyü Haremeyn İşləri sədri və Kəbənin imamı Südeysinin rəhbərlik etdiyi qrup tərəfindən dəyişdirilib. Ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyündə 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən istifadə olunub.
7NEWS.az








