Bu gün səhər Zığ yolunda baş verən dəhşətli qəza ilə bağlı maraqlı məqamlar əldə edilib.
Səhər saatlarında baş verən və 3 nəfərin maşında yanaraq ölməsi ilə nəticələnən dəhşətli qəzanın sual doğuran məqamları var. Hazırda qəzanın hansı şəraitdə baş verdiyi, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
7News.az xəbər verir ki, hadisə zamanı yanan 10 AX 002 nömrəli "VAZ-2104" markalı avtomobil məşhur iş adamı, "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan "Kəbirə Məmmədova Klinikası"na məxsus olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ilkin araşdırmalarla "VAZ-2104"ün sürücüsünün Gülağa Quliyev adlı şəxs olduğu məlum olub. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.
Sonxeber.az məsələ ilə bağlı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışıb.
K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov açıqlamasında bildirib ki, "VAZ-2104"-ün sürücüsü Gülağa Quliyev mənim qonşumdur.
"Şəkilləri yayılan "Mercedes" markalı maşın və nömrə də mənim əvvəlki avtomobilim olub. Maşını satandan sonra nömrəni Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. K.Məmmədovanın bu məsələ ilə bağlı əlaqəsi yoxdur. Adı çəkilən klinika bizimdir. Bu məsələnin bizimlə nə əlaqəsi var? Avtomobil qanuni sənəddə Gülağaya aiddir. Nömrə də sənədləşdirmə də onun adındadır. Lakin maşın şirkətin balansındadır. Klinika hazırda təmirdədir".
V.Məmmədov əlavə edib ki, G.Quliyev bizim qapı-bir qonşumuzdur, 1973 təvəllüdlüdür. Ata –anası vəfat edib. İki qızı var. Ailəsinin hadisədən məlumatlıdır. Hazırda cəsədi morqdan götürüblər. Şüvəlana gətirirlər. Bir saat sonra dəfn olunacaq. O bizim yaxın qonşumuzdur. Allahın köməyi ilə nə lazımdır kömək edəcəyik.//big
7News.az








