RU
“Keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir.” – Elşən Musayev
19:34
162

“Keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir.” – Elşən Musayev


"Xankəndidə Azərbaycan bayrağının ucaldılması ömrümüzə, taleyimizə yazılan ən gözəl, ən qürurverici hadisələrdən biridir. Ali Baş Komandan, dəyərli Prezidentimiz İlham Əliyev yürütdüyü müdrik, məqsədyönlü siyasətlə bizləri bu günlərə gətirdi, Azərbaycanın suverenliyini təmin etdi, Ulu Öndərin ön böyük arzusunu gerçəkləşdirdi.” – NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Həqiqətən də indi keçirdiyimiz hisslərə ad vermək, onu sözlə ifadə etmək çox çətindir. Çünki sevincimizin həddi-hüdudu yoxdur. İnanılmaz xoşbəxtik. Şükürlər olsun bu günə. Tanrı müqəddəs şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Tanrı dövlətimizi, millətimizi, əziz və ləyaqətli Prezidentimizi qorusun!” – deyə Partiya sədri fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ