RU
Keçmiş arvadı və qaynına xəsarət yetirdi, avtomobili əzdi - ANBAAN VİDEO
13:10
153

Keçmiş arvadı və qaynına xəsarət yetirdi, avtomobili əzdi - ANBAAN VİDEO

Sabirabadda keçmiş kürəkən qaynının avtomobilini əzib.

Hadisə Sabirabad şəhərində baş verib.

Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Miri Qurban oğlu bildirib ki, gecə saat 00:30-da keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, 1983-cü il təvəllüdlü Mehdiyev Daşqın Mehman oğlu sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus "Mercedes-Benz” markalı avtomobili dəmir linglə yarasız hala salıb. İnsidentin qarşısını almaq istəyən keçmiş qaynı M.Əliyevə və keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Günel Mehdiyevaya xəsarət yetirib. Hadisənin görüntüləri müşahidə kamerasına düşüb.

Həmin şəxs polis tərəfindən saxlanılıb.
Günel Mehdiyeva 13 il evlilikdən sonra 3 il əvvəl həyat yoldaşından ayrılıb. Həyat yoldaşından şiddət görən G.Mehdiyeva 2 il "Ümid” sığınacağında 2 övladı ilə yaşayıb. Daha sonra Sabirabad rayonuna köçüb. Hazırda faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır./apa
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ