RU
Keçmiş deputatın oğlu ilə Nərimanov bələdiyyəsi üz-üzə
18:34
56

Keçmiş deputatın oğlu ilə Nərimanov bələdiyyəsi üz-üzə

Milli Məclisin III çağırış deputatı olmuş Fərhad Qəribovun oğlu Zöhrab Qəribov Nərimanov bələdiyyəsinin məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. 

Günel Sevdimalıyeva iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 
 
Bu iş üzrə tərəflər arasında mübahisə predmeti alqı-satqı müqaviləsi olub. İşin nəticəsi haqqında açıq mənbələrdə məlumat yoxdur. 

Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevdir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ