Keçmiş fransalı futbolçu Patrice Evra sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, qəribə paylaşımları ilə maraq doğuran futbolçu bu dəfə də gündəm olub.
"Vest Hem Yunayted"in oyunçusu çiy toyuq dişləyərkən çəkilən videosunu şəxsi Instagram hesabına yükləyib.
Qeyd edək ki, Patrice Evra Fransa millisinin və "Vest Hem Yunayted"in hücumçusu olub. O, "Mançester Yunayted"də kapitan kimi çıxış edib.
7News.Az











