7NEWS.az xəbər verir ki, İspaniya polisi ölkənin cənubundakı Malaqa şəhərində dəbdəbəli evləri qarət etdikləri iddia edilən Şərqi Avropa əsilli keçmiş əsgərlərdən ibarət dəstəni yaxalayıb. Dünən keçirilən reyd zamanı Albaniyadan gəldiyi deyilən qrup rəhbəri də daxil olmaqla 6 nəfər saxlanılıb, qızıl-zinət əşyaları, saatlar, pul və silahlar ələ keçirilib.
Əksəriyyəti Marbella şəhərində dəbdəbəli evlərdən və iş yerlərindən 71 oğurluğa qarışdığı bildirilən dəstənin soyğunçuluq və oğurluqda çox "bacarıqlı” olduğunu bildirən polis, "Hərbi texnika bilgisi ilə, piyada və ya nəqliyyat vasitələri ilə hərəkət edərkən ciddi şəxsi təhlükəsizlik və anti-nəzarət tədbirlərindən istifadə ediblər”-deyib.
7NEWS.az








