RU
Keçmiş həyat yoldaşını və qayınatasını güllələdi
14:40
43

Keçmiş həyat yoldaşını və qayınatasını güllələdi

Süleyman H. adlı şəxs keçmiş həyat yoldaşı K.T. və keçmiş qayınatası A.T.-nı ov tüfəngi ilə vurub.

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kayseri bölgəsində baş verib.

Belə ki, onlar arasında naməlum səbəbdən mübahisə yaranıb. 

Mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib. 

S.H özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşına və qayınatasına xəsarət yetirib.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibbi yardım qrupları göndərilib. 

Yaralılar xəstəxanaya aparılıb. 

Müalicə altına alınan yaralılardan A.T.-nin səhhətinin ağır olduğu öyrənilib. 

Süleyman H. nəzarətə alınaraq polis bölməsinə aparılıb. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ