RU
Keçmiş məhkum 2 min manatlıq oğurluğa görə tutulub
18:00
391

Keçmiş məhkum 2 min manatlıq oğurluğa görə tutulub

Gədəbəy rayonu ərazisində mağazalardan birinin qarşısından avtomobil ehtiyat hissələri oğurlanıb.

Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ