Biləcəri dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini Vüqar Məmmədovdan silah-sursat götürülüb.
7news.Az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Məmmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
O əvvəllər məhkum olunub.
7news.Az








