RU
Keçmiş məhkumdan silah-sursat götürüldü
15:50
353

Keçmiş məhkumdan silah-sursat götürüldü

Bakıda keçmiş məhkumda silah-sursat aşkarlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı dəmir yolu stansiyasının ərazisində Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Quliyevdən nömrəsi silinən "Makarov” markalı tapança, bir ədəd patron darağı və dörd ədəd patron götürülüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ