Latviyada keçmiş prezidentlər arasında məzarlıq qalmaqalı yaşanır.
7News.az xəbər verir ki, eks-prezident Valdis Zatlers digər həmkarı Vayro Vike-Freyberqin Riqa Birinci Meşə Məzarlığında özü üçün məzar yeri götürməsi ilə başlayan qalmaqala münasibət bildirib. Keçmiş prezident bu yöndəki müzakirələri əhəmiyyətsiz hesab edərək buna görə utandığını diqqətə çatdırıb.
LNT telekanalına müsahibəsində keçmiş prezident qalmaqala görə narahatlığını dilə gətirib: "Heç kəs öləndə məzarsız qalmır, bu müzakirələr əbəsdir, utanıram”.
Qeyd edək ki, Latviyanın keçmiş prezidentlərindən olan Vayra Vike-Freqberqin Riqa Birinci Meşə Məzarlığında yer alması ölkədə ciddi diskussiyalara səbəb olmuşdu. Bu məzarlıqda artıq çoxdandır ki, heç kəs dəfn edilmir. Sabiq xanım prezident həmvətənlərinin məsələyə reaksiyasında qəzəb və nifrətin çox olmasından təəssüfləndiyini bildirmişdi. Hadisədən dərhal sonra prezidentlə bağlı Korrupsiya İdarəsində araşdırma başlandığına dair də xəbərlər yayılıb.
Xəbərlərə görə, keçmiş prezident vasitəçilərin köməyindən yararlanaraq özünə məzarlıqda yer alıb.
Adıçəkilən məzarlığın əsası 1913-cu ildə qoyulub. Həmin məzarlıqda ölkənin tanınmış ictimai-siyasi xadimləri dəfn edilib. Latviyanın birinci prezidenti Yanis Çakste, xarici işlər naziri Ziqfrid Anna Meyeroviç, yazıçı Valentin Pikulun məzarı burdadır.
Xatırladaq ki, Vayra Vike-Freyberq ölkə prezidenti postunu 1999 – 2007-ci illərdə tutub. İstefa verdikdən sonra Avropa Komissiyasında müşavir olaraq fəaliyyətini davam etdirib.
Qəbiristanlıq məsələsində ona kəskin reaksiya verən keçmiş prezident Valdis Zatlers isə Latviyaya 2007 – 2011-ci illərdə rəhbərlik edib. //Cebhe.info
7News.az








