RU
Keçmiş respublika rəhbərinin nəvəsi evində ölü tapıldı - FOTO
12:30
238

Keçmiş respublika rəhbərinin nəvəsi evində ölü tapıldı - FOTO

Komi Respublikasının keçmiş rəhbəri Yuri Spiridonovun nəvəsi Moksva yaxınlığındakı kottecdə ölü vəziyyətdə tapılıb.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun cəsədini evdə çalışan xanım işçi aşkarlayıb.

Qadının sözlərinə görə, o, evə girdikdə qırmızı balaca gölməçə görüb. Əvvəlcə o, yerə mürəbbə dağıldığını zənn edib.

"Daha sonra mən döşəmədə alt paltarı, dəsmal və sahibin xalatını gördüm. Masa arxasından Fyodorun bədəni görünürdü", - qadın danışıb.

Hadisə yerində aşkar olunan bıçaq

Gördüklərindən bərk qorxan qadın oğlunu çağırıb. Onlar mərhumun əllərinin kəsildiyini görüb.

 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 32 yaşlı Fyodor həmin evdə atalığı ilə yaşayırmış. O, nənəsinin rəhbərlik etdiyi kommersiya kooperativində direktor müavini vəzifəsində çalışırdı.

 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ